Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
MÜBARİZİN MÜBARİZƏSİ HEÇ ZAMAN UNUDULMAZ

5/5

  •             Türkləri öldürmək olar, amma əsla məğlub etmək olmaz.
          Napoleon Bonapart.


    Dünyaya gələndən mərd olubdu, o

    Vətən həsrətiylə yaşayıbdı, o 

    Vətənin yolunda Şəhid oldu, o

    Qəhrəman oğuldu, bizim Mübariz!

              Mübariz İbrahimov! Hər bir Vətənini sevən gəncin əsl qəhrəmanı.
              MənimVətən uğrunda canından keçən qəhrəmanlarımıza ürəyimdə həmişə böyük bir rəğbət hissi olub.
              Bu gün adını fəxrlə söylədiyimiz, hamının ürəyınə qəhrəmanlığı ilə iz salmış Mübariz haqqında yazıram. Allaha şükr edirəm ki, bu gün Mübariz haqqında qəlbimdə olan duyğularımı dilə gətirirəm. Çünki bir gənc olaraq qəhrəmanımızı tanımağım və özüm də başa düşməyə çətinlik çəkdiyim bu duyğuları yazmağa borcluyam. Bəlkə də valideyinlərimin böyüyüb, boya-başa çatdığı, mənim isə havasını duymadığım, torpağına ayaq basmağa həsrət qaldığım Vətən həsrətidir məni Mübarizlə bağlayan və Onu özümə doğma edən hisslər.
              1988-ci il fevral ayında Biləsuvarda gələcəyin Milli Qəhrəmanı, Azərbaycanın mərd oğullarından biri olan Mübariz İbrahimov dünyaya göz açdı.
              Ağakərim atanın və Şamama ananın gözlərinin nuru olan Mübariz hər zaman ailədə, dost-tanış yanında böyük hörmətə layiq olmuşdu.
              Hələ uşaqkən haqq-ədaləti qorumağa çalışan, halallıqla hər işini yerinə yetirən Mübariz deyirdi;
              "Mən acizin dostu, zalımın qənimiyəm."
              Həqiqətən vətənini, elini canından çox sevən Mübariz daima düşmənləri məhv etmək, torpaqlarımızı azad etmək, Şəhidlərimizin, günahsız insanların intiqamını almaq istəyirdi və bunun üçün əsgərliyini bitirdikdən sonra səngərdə düşmənlə üz-üzə dayanıb, onları məhv etmək üçün Ağakərim atadan icazə almaq istəyir. Lakin ata razı olmaq istəmir. Atasının fikrindən dönmədiyini görən Mübariz gizirlik kurslarına yazılır.

    Onunla fəxr edir, bizim el-oba,
    Yayılıbdır adı bütün dünyaya,
    Qansız düşmənləri salıb qorxuya,
    Qəhrəman oğuldur, bizim Mübariz!

               Mübariz Tərtər rayonundakı səngərlərdən birinə təyinatını alır və bu onu çox sevindirir. Sonuncu dəfə evə gələn Mübariz Ağakərim atanın dilindən "oğul, haqqımı sənə halal edirəm" kəlməsini eşitməyin vacib olduğunu bilir. Çünki Mübariz atanı Allahdan sonra ikinci qibləgahı sayır.
    Səngərin hər bir yerini dəqiq öyrənən, postu keçib düşməni məhv etmək vaxtının çatdığını bilən Mübariz öz ürəyində olan sözləri məktuba yazır.
             «Canım, atam və  anam. Məndən ötrü darıxmayın. İnşaallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allah xatirinə bunu etməliyim. Ən azı ürəyim sakitlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəm. Şəhid olsam ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Allah böyükdür. Vətən sağ olsun!»
                                                                         Oğlunuz Mübariz.
              Mübariz məktubu imzalayıb hərbi pencəyinin cibinə qoyur.
              Səngəri keçib, düşmən üzərinə yeriyən Mübariz düşməni məhv etməyə, son anadək vuruşmağa və şəhid olmağa gedirdi. Onu bu yoldan döndərmək olardımı? Əlbəttə ki, yox! Çünki hələ uşaqkən söyləyirdi: «kaş güclü olaydım, avtomatım olaydı, bir gecə gedib düşmənlərin hamısını qıraydım."
    Uşaqlıq arzularını artıq yerinə yetirdi. O, artıq özü də dediyi kimi çox güclü bir Azərbaycan igidi idi. Belə igidə, ancaq Şəhidlik zirvəsi yaraşardı.

    Adına yaraşan işlər görübdür,
    Gənc ömrünün işıqları sönübdür,
    İndi, evi ziyarətə dönübdür,
    Qəhrəman oğuldur, bizim Mübariz!

                Mübariz düşmənləri lərzəyə gətirmişdi. Düşmənin üzərinə yeridikcə, onlar daha çox çaşqınlıq içərisində qalır, nəyin baş verdiyini başa düşmürdülər. İgid Mübariz isə qorxmadan düşmənin üzərinə yeriyir və onları ot kimi biçirdi.

    Qorxmayıb düşməndən keçdi səngəri,
    Qaranlıq gecədə gördü nələri,
    Mərdliklə fəth etdi bütün qəlbləri,
    Qəhrəman oğuldur, bizim Mübariz!

                Qorxudan özünü itirən düşmən hətta dörd aya qədər Mübarizin nəşini geri qaytarmaq istəmirdilər. Lakin cənab Prezidentimizin danışıqları nəticəsində Mübariz İbrahimovu bizə qaytardılar.
                Digər Azərbaycan Şəhidləri kimi, Mübariz Allah tərəfindən göndərilən bir möcüzədir. Mübariz heç zaman unudulmaz bir qəhrəmandır. Mübariz hər bir Azərbaycan anasının oğludur. Bu gün mavi dənizə açılan nəhəng bir gəmi Mübarizin adını daşıyır, qəhrəmanlığını mavi sular üzərinə həkk edir.

    İgidlik göstərib düşdü yaddaşa,
    Taleyi dönübdür boranlı qışa,
    Hər zaman var olub qəlblərdə yaşa,
    Qəhrəman oğuldur, bizim Mübariz!

               Düşmən hələ də başa düşmür ki, Azərbaycanın Mübariz kimi minlərlə mərd oğulları var. Onlar düşmənə əyilməyəcək. Düşməni məhv etmək Azərbaycan igidlərinin birinci məqsədi və vəzifəsidir.
                                                  Babayeva Fənar Rafael qızı,
                                              AMİ Qazax filialının dil-ədəbiyyat fakültəsi, IV kurs tələbəsi.



    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib50 dəfə
    MÜBARİZİN MÜBARİZƏSİ HEÇ ZAMAN UNUDULMAZ

    Maraqlı gələ bilər
    40